Pəhriz içkiləri ürəyə ziyandır
27.10.2020 21:49

Pəhriz içkiləri də şəkərli içkilər kimi insan ürəyinə ziyandır.

 

Aztibb.az xəbər verir ki, Fransanın Paris 13 Nord Universitetinin “American College of Cardiology”də dərc olunnmuş tədqiqatında 104 min nəfər haqqında 10 il ərzində toplanmış məlumatlar təhlil olunur.

 

Hər iştirakçının 6 ay ərzində hansı içkilər içdiyinə, ürək-damar xəstəliklərinə nə qədər tutulduğuna dair aparılan qeydlər əsasında tədqiqatçıların gəldiyi qənaətə görə, həm şəkərli, həm də şəkər əvəzləyicisi maddələrin qatıldığı içkiləri mütəmadi içənlər su, çay, qəhvə içənlərə nisbətən insult, infarkt və s. riski ilə 20 faiz artıq üzləşirlər.

 

Beləliklə, şəkər əvəzləyici maddələrin qatıldığı içkilər az kalorili kimi reklam olunursa da, ürəyə təhlükə törədir. Həmin içkilərin şəkərin həzmini sürətləndirməklə metabolizmə təsir etdiyi, ona görə də daha sağlam və ya faydalı hesab edilmələri üçün əsas olmadığı vurğulanır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza