Mərkəzi Gömrük Hospitalının yeni yaradılmış şöbəsinə rəis təyin olunub  
27.10.2020 17:52

Yüksəkixtisaslı həkim, uzman-patomorfoloq, dr. Zərifə Yusifli Mərkəzi Gömrük Hospitalının yeni yaradılmış "Patomorfoloji diaqnostika" şöbəsinin rəisi təyin olunub.

 

Dr. Zərifə Yusifli 2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, 2005-2006-cı illərdə Respublika Klinik Xəstəxanasında oftolmologiya ixtisası üzrə internatura keçmişdir. O, təhsilini davam etdirərək 2011-2015-ci illərdə Türkiyənin Ankara şəhərində Hacettepe Universiteti Xəstəxanasında patomorfologiya ixtisası üzrə uzmanlıq təhsili almışdır. Hacettepe Universiteti Xəstəxanasının göndərişi ilə Zərifə həkim 2015-ci ildə 3 ay müddətində Amerika Birləşmiş Ştatlarının Atlanta Emory Universiteti Xəstəxanasında elmi araşdırmaçı kimi fəaliyyətə başlamışdır.

 

Z.Yusifli daha sonra 2016-2017-ci illərdə Ankara Haceteppe Universitetinin Patoloji Anabilim Dalı bölümündə Molekular patologiya ixtisası üzrə təkmilləşdirmə kursu keçmişdir. Dr. Zərifə Yusifli 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-patomorfoloq kimi fəaliyyət göstərmişdir. Daim öz üzərində çalışan, öz sahəsi üzrə tibbin ən son yeniliklərini öyrənərək fəaliyyətində tətbiq edən Z.Yusifli müxtəlif illərdə ölkəmizdə və xaricdə keçirilən konfranslarda, seminarlarda və təkmilləşdirmə kurslarında iştirak etmişdir.

 

O, 2014-cü ildə İngiltərənin London şəhərində XXVI Avropa Patoloji konqresində, 2015-ci ildə İtaliyanın Milan şəhərində XXXIX Avropa Sitoloji konqresində, 2018-ci ildə Türkiyənin Ankara şəhərində XXVIII Milli Patoloji konqresində, eyni ildə Türkiyənin İzmir şəhərində VIII Milli Sitopatoloji konqresində, 2019-cu ildə Fransanın Nitsa şəhərində XXXI Avropa Patoloji konqresində və digər nüfuzlu tədbirlərdə ölkəmizi təmsil etmişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır