Yeni Klinikada bir günlük cərrahiyyə sisteminin tətbiqinə başlanılıb
06.12.2023 17:15
Yeni Klinikada Ambulator klinika (bir günlük cərrahiyyə) sisteminin tətbiqinə başlanılıb.
 
Aztibb.az-a Klinikadan verilən xəbərə görə, bu yenilik çərçivəsində xəstələrin əməliyyata qəbul olunduğu gün evə buraxılması nəzərdə tutulur.
 
Son illər cərrahiyyədə stasionar yatış xidmətlərdən bir günlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir.
 
Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib.
 
Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laparoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması və s. yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyat təyin etmək və icra etmək mümkün olub.
 
Cərrahi texnologiyanın, anesteziya və analgeziya üsullarının inkişafı, tibbi sığorta sistemindəki yeniliklər, səhiyyə xidməti alan insanların prioritetlərindəki dəyişikliklər (iş mühitinə erkən qayıtma istəyi) ambulator cərrahiyyənin həkimlər, tibb bacıları ilə yanaşı, cəmiyyət tərəfindən də qəbul edilməsinə gətirib çıxarıb.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv