Azərbaycan ÜST-nin Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin 3-cü iclasında təmsil olunub  
06.12.2023 11:38
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d, dosent İsmayıl Əfəndiyev 4-6 dekabr 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin 3-cü iclasında iştirak edib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.
 
İsveçrənin Cenevrə şəhərində keçirilən iclasda kimyəvi maddələrin təsirindən insan sağlamlığı üçün yaranan risklərin müəyyən edilməsi, kimyəvi risklərin qiymətləndirilməsi praktikasında elmi yanaşmanın təşviq edilməsi, bu sahədə mövcud olan yeni təcrübələrin və metodologiyaların uyğunlaşdırılması, təlim materiallarının hazırlanması və digər aktual məsələlər müzakirə olunub.
 
Dosent İsmayıl Əfəndiyev tədbirdə əhali üçün kimyəvi risklərin qiymətləndirilməsi və insanların kimyəvi maddələrin mənfi təsirinə məruz qalmasının profilaktikası sahələrində Azərbaycanda aparılan işlər barədə geniş məruzə ilə çıxış etmişdir.
 
Qeyd edək ki, ÜST-nin Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsi kimyəvi maddələrin təsirinə məruz qalma nəticəsində insan sağlamlığı üçün yaranan riskləri qiymətləndirməyə yönəlmiş beynəlxalq səyləri artırmağa xidmət edən qlobal şəbəkədir. Bu şəbəkə hazırda 55 ölkədən 97 qurumun nümayəndələrini birləşdirir.
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır