Nevroz xəstəliyinin əsas əlamətləri hansılardır?
27.10.2020 12:31

Həkim-psixiatr Əziz Mustafayev sosial şəbəkədə nevroz xəstəliyinin əlamətlərindən danışıb.

 

O, bildirib ki, nevrozun əsas əlamətləri aşağıdakılardır:

 

-Əmək fəaliyyətinin aşağı düşməsi, yorğunluq, həyat aktivliyinin zəifləməsi;

-Halsızlıq, həyəcan, narahatlıq, qorxu, məyusluq, ümidsizliyə qapanmaq;

-Əhval-ruhiyyənin tez-tez dəyişməsi, daim təşviş içində olmaq;

-Fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur);

-Yuxu ritminin pozulması, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən dincəlmək hissiyyatının olmaması;

-İştahın pozulması, vegetativ dəyişikliklər (başgicəllənmə, tərləmə, güclü ürək döyüntüsü);

-Tez-tez baş verən küt və ya pulsasiya şəkilli baş ağrıları, ürək ağrısı, qarın nahiyyəsində kəskin ağrı, boyun nahiyyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə və tərləmə halları;

-Patoloji səliqəlilik, beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq da mümkündür);

-Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar, iştahın pis və ya əksinə həddindən artıq güclü olması. Ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyyəsində olan narahatlıq hissiyatı, cinsi pozğunluqlar və s.

 

Ə.Mustafayev özündə bu əlamətləri hiss edən insanları təcili həkim-psixiatra müraciət etməyi tövsiyə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub