Araxisin inanılmaz FAYDALARI  
27.10.2020 09:52

Araxisin (yer fındığı) tərkibi çoxlu qidalandırıcı, antioksidant maddələrlə zəngindir. Araxis yemək orqanizmin enerjisini artırır, ürəyin fəaliyyətini gücləndirir. O, güclü iltihab əlyhinə, virus əleyhinə və qocalma əleyhinə təsirə malikdir. Araxisin qlikemik indeksi çox aşağıdır, bu səbəbdən də qanda şəkərin miqdarını qaldırmayan qidalardan hesab edilir. Hər gün araxis yemək II tip şəkərli diabet xəstəliyinin əmələ gəlmə riskini azaldır.

 

Araşdırmalar zamanı araxisin qanda triqliseridlərin və xolesterinin miqdarını azaltdığı aşkar edilib. Onun az miqdarda qəbulunun çəki artımına səbəb olmadığı da öz təsdiqini tapıb. Araxis yemək r-kumarin turşusunun miqdarını artırır və bu da araxisin orqanizmdə antioksidant təsirinin gücləndirir.


Araxisin tərkibində flavonid var. Bu maddə beyin qan dövranının yaxşlaşmasına yardım edir, Alzheymer xəstəliyinin əmələ gəlmə riskini azaldır.

 

Araxisin tərkibi B, E vitaminləri, sink, dəmir, kalsium, kalium, fosfor,maqnium, fol turşusu, xolin, selenlə zəngindir. O, ürək-damar və xərçəng xəstəliklərinin əmələ gəlmə riskini azaldır. Araşdırlamar tez-tez araxis yeyən adamlarda böyrək daşlarının əmələ gəlmə riskinin az olduğunu sübut edib. 


Araxisin müalicəvi təsirləri  

- Qabığı soyulmamış duzsuz araxis yemək ürək xəstəliyi riskini azaldır;
- Davamlı olaraq gün ərzində 2 xörək qaşığı araxis yağı içmək osteoparoz xəstəliyinin əmələ glməsinin arşısını alır;
- Hər gün az miqdar araxis yemək əhval ruhiyyənin yaxşılaşmaslna və stresin aradan qalxmasına səbəb olur;
- Araxis yağına üyüdülmüş mixək qatıb ağrıyan dişə qoyduqda ağrı kəsilir;
- Araxis yağına şəkər tozu qatıb uzun müddət qəbul eləmək yaddaşı möhkəmləndirir;
- 15 gün hər səhər 1 xörək qaşığı araxis yağını acqarına içmək lentvari qurdların məhv olmasına səbəb olur;
- Araxis yağına bağayarpağı şirəsi qataraq dəriyə sürtdükdə çapıqlardan xilas olmaq mümkün olur.

 

Qeyd edək ki, araxis və onun yağından istifadə edərkən allergik reaksiyaları diqqət mərkəzində saxlamaq lazımdır. Ekzema, qaşınma, ağız və dodaqlarda şişkinlik kimi hallar baş verdikdə araxis qəbulunu saxlamaq və həkimə müraciət etmək lazımdır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama