Səhiyyə Nazirliyi Mingəçevirdə fleşmob təşkil edib
02.12.2023 14:02

Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir. Növbəti aksiya Mingəçevir şəhərində təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Nazirliyin Mingəçevir Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi suda boğulma, epilepsiya tutmaları və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarını əyani şəkildə nümayiş etdirilməsidir.

 

Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.


Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.

 

Daha sonra Mingəçevir Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlk tibbi yardım həyat xilas edir” adlı fleşmob təşkil olunub.

 

Fleşmobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi qaydaları əyani olaraq nümayiş etdirilib.

 

Həmçinin, “İlk tibbi yardimi öyrən - tətbiq et!” adlı viktorina keçirilib.

 

Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır