ÜST: 2022-ci ildə dünyada 249 milyon malyariyaya yoluxma hadisəsi qeydə alınıb
01.12.2023 12:17

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ildə dünyada təxminən 249 milyon malyariya hadisəsinin aşkar ediləcəyini bildirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, bu məlumat ÜST-nin “2023-cü il Dünya Malyariya Hesabatı”nda yer alıb. Hesabatda deyilir ki, uşaqlarda və hamilə qadınlarda malyariya xəstəliyinin qarşısının alınmasında irəliləyişlərə və dərmanlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlara baxmayaraq, daha çox insan malyariyaya yoluxub.

 

Qeyd olunub ki, 2022-ci ildə dünyada təxminən 249 milyon insan malyariyaya yoluxub: "Qlobal miqyasda dünya malyariya ilə mübarizə, eləcə də COVID-19-un yaratdığı fəsadlar, həmçinin dərmanlara qarşı müqavimət, humanitar böhranlar, resurs məhdudiyyətləri, iqlim dəyişikliyinin təsiri və xəstəlik yükü yüksək olan ölkələrdə proqramın icrasında gecikmələr kimi artan sayda təhlükələrlə üzləşir." 

 

Hesabatda 2022-ci ildə Pakistanda baş verən daşqınların ölkədə malyariya hadisələrinin 5 qat artmasına səbəb olduğu vurğulanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər