İmmuniteti gücləndirən qidalar
27.10.2020 09:23

Qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. İmmuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. 

 

Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır.

 

İmmun sistemini gücləndirmək üçün həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər. Xüsusilə də lobya güclü immunomodulyator sayılır.

 

Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək də immun sistemini gücləndirir. Bundan başqa, soğan və sarımsağın tərkibində olan fitonsidlər viruslara qarşı orqanizmi möhkəmləndirir. Bal, arı südü, propolis kimi qidalardan istifadə olunması çox xeyirlidir. Həmçinin limon, portağal və digər sitrus meyvələrinin tərkibində çoxlu miqdarda askorbin turşusu olduğuna görə orqanizmi gücləndirmək qabiliyyətinə malikdir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama