Samiq Sadıxov: "İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi və ailə həkimliyi institutunun inkişaf etdirilməsiə əsas məqsədlərimizdəndir"
01.12.2023 09:44
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ailə həkimliyi üçün beynəlxalq proqram əsasında, 3 modullu nəzəri-praktik təlimlərə başlayıb.
Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən məlumata görə, təlimlərə Naxçıvanda tibb təhsili alan 6-cı kurs tələbələri cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov təlimdən əvvəl tələbələrlə görüşüb. Qeyd edib ki, ailə həkimi institutunun formalaşması üçün Naxçıvanda münbit baza mövcuddur. Hazırda əsas məqsədlərimizdən biri İlkin Səhiyyə Xidmətlərinin gücləndirilməsi və ailə həkimliyi institutunun inkişaf etdirilməsidir. Bununla həm göstərilən tibbi xidmətlərin keyfiyyəti, həm də əhalinin tibbi xidmətlərə əlçatanlığı artırılacaq. İlkin Səhiyyə Xidməti tibbin əsas və başlanğıc nöqtəsi olmaqla yanaşı, həm də səhiyyə xərclərinin səmərəsinin artırılması üçün beynəlxalq təcrübəyə əsaslanan, effektivliyi sübut olunmuş strategiyadır.
Səhiyyənin inkişafı sahəsində qabaqcıl təcrübəyə malik olan ölkələrdə səhiyyə sisteminin səmərəli fəaliyyətinin əsas hissəsini məhz İlkin Səhiyyə Xidmətinin inkişafı təşkil edir.
Samiq Sadıxov tələbələrə bildirib ki, sizlər 6-cı kursu bitirdikdən və ailə həkimliyi təliminin modullarını uğurla başa vurub sertifikatlarınızı aldıqdan sonra ailə həkimi kimi fəaliyyətə başlaya biləcəksiniz.
Qeyd edək ki, təlimin bir modulunun müddəti 21 gündür. Hazırda 22 tələbə təlimlərə qoşulub.
Bu bölməyə aid digər xəbərlər
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

