MBBİ-nin əməkdaşları cəbhəboyu ərazilərdə əsgərlərlə görüşüb
26.10.2020 21:07

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kollektivi Azərbaycan Ordusuna dəstək məqsədi ilə “Əsgərə məktub” layihəsi çərçivəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan  əsgər və zabitlərimizlə görüşərək onlara sovqat aparıb.

 

Cəbhəyanı bölgədə əsgər və zabitlərlə görüşən institutun bir qrup əməkdaşı onlara kollektiv adından isti geyimlər, ərzaq məhsulları, təmizlik və dərman vasitələri çatdıraraq kollektivin əməkdaşları tərəfindən onlara ünvanlanan məktubları təqdim ediblər.  “Salam, əsgər! Necə olduğunu soruşmuram. Əminəm ki, əlasan! Səninlə fəxr edirik!”, “Biz sizinlə qürur duyuruq! Biz sizə güvənir, inanırıq!”, “Əsgər qardaşım, mən də sənin bir bacın. Sən Vətəni, ailəni, bizi qoruyursan. Biz sizinlə fəxr edirik!” kimi müraciətlərlə başlayan məktublarda kollektiv üzvləri öz ürək sözlərini əsgərlərə ünvanlayaraq ordumuza olan inamını, sevgisini, qürurunu ifadə ediblər.

 

İnstitutun əməkdaşları döyüş bölgəsində olarkən əsgərlərimizin döyüş ruhunun yüksək olmasının şahidi olublar. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib. Rəşadətli ordumuz Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar.

 

Qarabağ Azərbaycandır!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır