Ən ziyanlı qidalar - REYTİNQ
26.10.2020 09:37

Düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Belə ki, bəzi qida məhsulları xəstəliklərə səbəb olur, sonsuzluq, xərçəng yaradır, ölüm riskini artırır.

 

Amerika Kliniki Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology - ASCO) ən ziyanlı məhsulların "reytinqi"ni tərtib edib. Mütəxəssislər qeyd edirlər ki, onların sadaladığı məhsullar tək xərçəngin deyil, bir çox digər xəstəliklərin də (ürək-damar sistemi, maddələr mübadiləsi, qaraciyər, böyrək və s.) riskini artırır.

 

Ən ziyanlı qidaların reytinqini təqdim edirik:

 

- Hisə verilmiş hazır qidalar (kolbasa, ət, balıq və s.)

Hisə verilmə zamanı tərkibində çoxlu sayda ziyanlı maddələr olan tüstü ifraz olunur. 50 qr hisə verilmiş kolbasanın tərkibində olan kanserogenlər 1 qutu siqaretdə olduğu qədərdir. Həmçinin hisə verilmiş kolbasa ürək-damar sisteminə, qaraciyərə mənfi təsir edir.

 

- Kolbasa, sosiska, vetçina və s. hazır ət məhsulları

Sosiska, kolbasa, dükanlarda satılan hazır düşbərə, farş, kotlet və s. qidalara külli miqdarda müxtəlif kimyəvi maddələr (rəng və dadvericilər, emulqatorlar və s.) daxildir. Bu məhsulların tərkibində olan “fenol” maddəsi yüksək toksiki xüsusiyyətlərinə malikdir. Onların gündəlik istehlakı yoğun bağırsaq xərçənginin riskini 18% artırır.

 

- Marqarin, hazır pirojnalar, peçenye və s. şirniyyatlar

Onlar trans-yağlar (marqarin, palma yağı) və şəkərlə zəngindir. Trans-yağlar onkoloji və ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır. Həmçinin bu məhsulların tərkibində olan bol şəkər damarlarda iltihab yaradaraq aterosklerozun inkişafına səbəb olur. Bildiyimiz kimi, ateroskleroz zamanı damarlarda artıq xolesterin (piyə oxşar maddə) yığılır. Lakin xolesterin sağlam damarlarda deyil, iltihablaşmış, xəstə damarlarda toplanır. Məhz şəkər damarların daxili divarlarında iltihab yaradaraq aterosklerozun inkişafına şərait yaradır.


- Şirin qazlı içkilər

Burada da əsas risk şəkərin çoxlu olmasıdır. Eyni zamanda, belə içkilər fosfatlarla da zəngindir. Fosfat turşusu sümük toxumasını dağıdır və böyrəklərə mənfi təsir edir. Şirin qazlı içkilərdən sui-istifadə hipertoniya, piylənmə, osteoporoz kimi xəstəliklərin riskini artırır. 

 

- Spirtli içkilər

Bu içkilərin tərkibində olan etanol ən güclü kanserogendir. Həmçinin etanol ürək, qaraciyər, böyrəklər və bir çox orqanlara ciddi ziyan vurur.

 

- Müxtəlif souslar (ketçup, mayonez, pendirli souslar və s.)

Mayonezin tərkibində transyağlar, dadvericilər, konservantlar və s. ziyanlı maddələr olduqca çoxdur.

 

- Çipsi

Çipsilər yüksək dozalarda rəng və dadvericilər əlavə olunmuş ucuz yağlar və karbohidratların qarışığıdır. Çipsilərdə külli miqdarda kanserogen (xərçəng əmələ gətirən) maddələr var. Çipsilərin tərkibində olan yağlar qanda xolesterinin səviyyəsini artırır ki, bunun nəticəsində insult və infarktın riski artır. 

 

- Popkorn

Popkornun hazırlanması zamanı dəfələrlə eyni yağdan istifadə olunur. Bu zaman yağda kanserogen maddələrinin miqdarı kəskin artır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub