Nüşabə Qasımova: "C vitamini immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir"
13.11.2023 11:40

Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova payız aylarında qidalanma, allergiya və fiziki aktivliklə bağlı suallaımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Nüşabə xanım, bildiyiniz kimi, havanın dəyişməsi, mövsumi xarakter daşıyan günəş işığının azalması, nəmlik indikatorlarının artması insanlarda hansı təsirlərə səbəb ola bilər?

 

- Payızda insan bədənində bir neçə dəyişiklik müşahidə edilir. Adətən, yuxusuzluq, baş ağrıları, həzm problemləri və s. kimi hallara daha çox rast gəlinir. Bütün bu simptomlar arasında bəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu da orqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbul etdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çox təsir edən dəyişikliklərə uyğunlaşmağa məcbur olur.


Payızın gəlişi özü ilə daha qısa günlər, temperaturun aşağı düşməsi və yağış gətirir. Bədənimizin vəziyyətinə bəlkə də ən çox təsir edən amil işıq saatlarının getdikcə azalmasıdır. Bu dəyişiklik əhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliya vəziyyətlərinə məruz qoyur. Mövsümi affektiv pozğunluq insanların payız və qış aylarında günəş işığına daha az məruz qalması səbəbindən depressiyaya düşdüyü bir vəziyyətdir.


Yorğunluq, konsentrasiyanın zəifləməsi, ürəkbulanma, psixomotor yavaşlama, mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış bir sindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsüm dəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarından biridir.


Ümumi olaraq insanlarda yorğunluq, səbəbsiz olaraq narahatlıq bu aylarda müşahidə edilən haldır. Təbii ki, bu göstəricilən tibbi açıqlaması mövcuddur. Məhz bu hallar orqanizmdə mövcud olan vitaminlər və mikroelementlərin çatızmazlığı ilə əlaqələndirilir.

 

- Payız aylarında hansı vitaminlərin qəbulu məqsədəuyğundur? Ayrı-ayrılıqda bu vitaminlərin qəbulunun üstün cəhətləri və orqanizmdəki funksiyası nədən ibarətdir?

 

- Ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür.


Bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir.


B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır.

 

- Payız aylarında mikroelementlərin qəbulu orqanizmə necə təsir göstərir?

 

- Əhval-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir. Bunlardan biri sink, digəri isə maqneziumdur.


Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəalliyətini dayandıra bilər. Belə halda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır.


Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir.

 

- Bəs allergiya halları bu mövsümdə özünü necə təzahür edir?

 

- Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yarada bilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalara səbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıq kimi simptomlara səbəb ola bilər.
Belə hallardan yayınmaq və ya təsirlərini minimuma endirmək üçün hava proqnozlarında polen miqdarını daim müşahidə etmək və havada normadan artıq polen olduğu halda açıq havada fəalliyətlərdən yayınmaq lazımdır. Eyni zamanda, otaqda hava saflaşdırıcılardan istifadə, həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlar qəbul və təmizliyə riayət etmək vacibdir.

 

- Qidalanma payız aylarında niyə vacibdir? İnsanların qida rasionu bu aylarda hansı xüsusiyyətlərə malik olmalıdır?

 

- Payız fəsli xüsusilə vitamin C və digər faydalı elementlərin bol olduğu meyvələrin mövsümü sayılır. Bu mövsümdə qida rasionunda insanların əsasən mövsümi meyvə və tərəvəzlərdən (balqabaq, alma, şirin kartof, göbələk, paxlalılar, qoz və s.) istifadəsi tövsiyə edilir. Adıçəkilən qidalarda vitamin A, vitamin C, beta-karotin, karbohidratlar və faydalı yağlar mövcuddur.


Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək bizi mövsumi qriplərdən qoruyur, ən əsası isə immunitet sistemimizi gücləndirir.

 

- Havaların soyuması insanların fiziki aktivliyinə necə təsir göstərir?

 

- Havaların kəskin soyuması və temperatur dəyişiklikləri insanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədə azaldır. İqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıq hava fəaliyyətindən imtina etmək yanlış fikirdir. Təbiətdə gəzintilər, velosiped sürmək əhval-ruhiyyəni gücləndirir. Eyni zamanda, mövsumi idman növlərindən (buz meydançasında idman, evdə yoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.) şansını dəyərləndirmək vacibdir. Belə hallar həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
 Agentlik və TƏBİB ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı yeni layihəyə start verib   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?