Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Zəfər Günü münasibətilə tədbir keçirilib
10.11.2023 09:10

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

 

Bu məlumat Aztibb.az-a xəstəxanadan verilib.

 

Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Vurğulayıb ki, bu gün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar gündür. İkinci Qarabağ müharibəsində qazanılan böyük qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsidir.

 

N.Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı.

 

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Həsən Səmədov və Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri həkim-terapevt Gülşən Qəmbərova qalib Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini vurğulayıblar.

 

Daha sonra xəstəxana əməkdaşları Zəfər Günü ilə əlaqədar Hacıqabul rayonunda yerləşən Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə Kompleksini ziyarət ediblər.

 

Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb, onların ruhlarına dualar oxunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub