Zəfər Günü Quba Rayon Mərkəzi Xəstəxanasında da qeyd olunub
09.11.2023 15:04

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Quba Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr –Zəfər Gününə həsr olmuş tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, ilk olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Quba Rayon Mərkəzi Xəstəxanasında çalışan şəhid anaları, qazi və veteranların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə xəstəxananın direktoru Əliyar Sərvərov açıb. O, ilk olaraq bu zəfəri bizə yaşadan şəhidlərimizə, qazilərimizə, veteranlarımıza minnətdarlığını bildirib.

 

Direktor Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. Vətən müharibəsi başladığı ilk gündən Quba Rayon Mərkəzi Xəstəxanasının hərbi qulluqçularımızın yanında olduğunu, həkim və tibb işçilərinin könüllü olaraq cəbhə bölgəsinə yollandığını vurğulayıb.

 

Daha sonra xəstəxananın Cərrahiyyə şöbəsində tibb bacısı kimi fəaliyyət göstərən şəhid anası Zumrud Xalıqova övladının qəhrəmanlığından danışıb.

 

Tədbirin sonunda Səhiyyə işçiləri həmkarlar ittifaqı tərəfindən müəssisədə çalışan şəhid anaları, qazilər və veteranlara bayram sovqatı təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər