Qusar Rayon Mərkəzi Xəstəxanasında Zəfər Gününə həsr olunan tədbir keçirilib
09.11.2023 12:58

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qusar Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbiri giriş sözü ilə tibb müəssisəsinin baş həkimi Əjdər Ağacanov açıb.

 

Daha sonra Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Əjdər Ağacanov öz çıxışında vurğulayıb ki, Azərbaycan əsgərinin, rəşadətli xalqımızın birliyi, həmrəyliyi nəticəsində ordumuz 44 gün ərzində döyüş meydanında öz gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq şanlı tariximizə Zəfər Günü yazdılar. Ali Baş Komandanın rəhbərliyi ilə döyüşənlər arasında Qusar rayon gəncləri də olub. 44 günlük müharibənin əsas qəhrəmanlarından olan həmin gənclərimiz tarix yazıb.

 

Tədbirdə xəstəxanada çalışan şəhid ailələri, qazilər, müharibə veteranları iştirak ediblər.

 

Vətən müharibəsinin iştirakçısı Qusar RMX-da Təhlükəsizlik bölməsinin rəisi, qazi Ruslan Kübərov çıxış edərək, müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini iştirakçılarla bölüşüb.

 

Sonra çıxış edən Birinci Qarabağ müharibə iştirakçısı, müharibə veteranı, xəstəxanada Mülkü müdafiə üzrə mütəxəssis vəzifəsində çalışan Yaşar Məmmədov
bildirib ki, Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldılıb. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatıb. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazanıb. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

 

Qusar SİHİ-nın sədri Mühübali Cəfərov möhtəşəm Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

 

Sonda SİHi tərəfindən müharibədə əməyi keçən tibb işçilərinə, təcili yardım avtomobillərinin sürücülərinə hədiyyələr və Fəxri fərmanlar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub