Naftalan Şəhər Mərkəzi Xəstəxansında Zəfər Günü qeyd edilib
08.11.2023 11:48

Naftalan Şəhər Mərkəzi Xəstəxansında 8 noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə müəssisədə çalışan şəhid ailə üzvləri, qazi və müharibə iştirakçıları iştirak ediblər.

 

Əvvəlcə Vətən müharibəsində şəhid olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyev 8 noyabr tarixinin ölkəmiz üçün mühüm bir gün olduğunu və 3 il əvvəl bu tarixdə 44 günlük müharibə ərzində şanlı ordumuz və xalqımızın birliyi, eləcə də Ali Baş Komandanın, Prezident İlham Əliyevin şücayəti ilə Şuşa şəhərinin azad edildiyini vurğulayıb.

 

O, tarixi qələbə münasibəti ilə Müzəffər Ordumuzu, qazilərimizi və Zəfərin qazanılmasında payı olan, müharibə dövründə fəaliyyət göstərən həmkarları təbrik edib.

Daha sonra müəssisədə çalışan şəhid ailə üzvləri, qazi və müharibə iştirakçıları Zəfər Günü münasibəti ilə Fəxri fərmanla təltif edilib.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub