Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
08.11.2023 09:43

8 Noyabr – Zəfər Günü münasibətilə noyabrın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbər şəxsləri, Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən əməkdaşları və digər nümayəndələri ilə birlikdə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayev və 20 nəfərə yaxın əməkdaş Hərbi Qənimətlər Parkına gələrək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə xalqımızın mərd oğulları tərəfindən döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən ələ keçirilən hərbi qənimətlərlə, eləcə də parkda sərgilənən ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları ilə tanış olublar.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, Hərbi Qənimətlər parkı bizim üçün erməni vəhşiliyinin, hərbi cinayətin əyani sübutudur. Bu gün bizə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha gözümüz önündə canlandırmağa imkan yaradır. Göstərir ki, bizim qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşərək, canı-qanı bahasına döyüşərək, qan tökərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. İndi Hərbi Qənimətlər Parkına gələn hər kəs dövlətimizin, Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü, iradəsini görür.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə tariximizə qızıl hərflərlə həkk olundu. Hərbi Qənimətlər Parkı məhz bu qələbə tarixçəsinin gələcək nəsillərə ötürülməsi və əyani formada nümayiş etdirilməsi baxımından yaradılmışdır. Parkda müharibə dövründə xalqımızın igid əsgərləri tərəfindən ələ keçirilən hərbi texnikanın bir qismi, ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları da sərgilənir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır