Kükürdlü sabunun faydaları və istifadəsi
24.10.2020 10:35

Sabundan həddindən çox istifadə etmək dəri və saç sağlamlığınıza mənfi təsir edə bilər. Kükürdlü sabunu dəri tipinizə görə istifadə etməkdə fayda vardır. Bu sabun yağlı cildlər üçün faydalıdır, quru və həssas dəriləri isə təhriş edə bilər. Tərkibində quruducu xüsusiyyəti yüksək olduğu üçün quru dəriyə sahib olanlar kükürdlü sabun istifadə etməkdən çəkinməlidirlər.


Kükürdlü sabunun ən gözəl xüsusiyyətlərindən biri onun sızanaqları qurutmaq qabiliyyətinə malik olmasıdır. Bu səbəbdən də kükürdlü sabunla yuyulan dəridə akne xəstəliyi əmələ gəlmir. Tərkibində olan kükürd aknenin əmələ gəlməsinin qarşısını almaqla yanaşı, onun müalicəsində də effekli təsir göstərir.

 

Bu sabunun keratolitik təsiri vardır. Dərinizdəki ölü təbəqəni soyaraq zərərli orqanizmlərdən təmizləyir və hamar bir dəriyə sahib olmağınıza köməkçi olur. Ekzema, sədəf və göbələk xəstəliklərini aradan qaldırır.


Kükürdlü sabun antiseptik və antibakterial təsirə malikdir. O, dəridə mikrob və yağlanma kimi problemlərin qarşısını alır, dərinin yağ və su mübadiləsini normallaşdırır. Bu səbəbdən də kükürdlü sabun dəri üçün ideal müalicə vasitəsi sayılır. 

 

Onun xoşagəlməz zəif iyi olsa da, bu iy dəridə qalmır. 

 

Kükürdlü sabunu səhərlər və gecə yatmazdan əvvəl, gündə 2 dəfə olmaqla istifadə etmək məsləhətdir. Dərinizi bu sabunla yuyub durulaşdırmanız kifayət edər. Əgər saç və kəpək problemləriniz üçün istifadə edəcəksinizsə, saçınızı yuyarkən şampun yerinə kükürdlü sabunu istifadə etməniz yetərlidir. Onu istifadə edərkən masajla saç diblərinə çatmasını təmin etməlisiniz.

 

Bitki mənşəli baxım məhsulu olan kükürdlü sabunun hər hansı bir əks təsiri yoxdur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub