Naxçıvanda şəhid ailələri kompleks müayinələrdən keçiblər
06.11.2023 09:16

Naxçıvan Muxtar Respublikası Xəstəxanasında şəhid ailələri və qazilərlə görüş olub.


Nazirlikdən Aztibb.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov şəhidlərimizin şücaəti, canı, qanı hesabına yaşadığımız şanlı tarix - 8 noyabr Zəfər bayramı münasibətilə onları ürəkdən təbrik edib.

 

O, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız Qələbədən bəri ötən 3 ildə ölkəmizdə hər birimizi qürurlandıran möhtəşəm nailiyyətlərin yaşandığını, qələbəmizin tamamlanması nəticəsində Zəfər bayramının bu il daha böyük sevinclə qeyd edildiyini diqqətə çatdırıb: "Əminik ki, şanlı bayrağımızın torpaqlarımızın hər qarışında dalğalanmasının təmin edilməsi nəticəsində şəhidlərimizin ruhu bu gün daha da şaddır. Bizimsə borcumuz şəhidlərimizin əmanətlərinin və qazilərimizin can sağlığının keşiyində layiqincə durmaqdır. Bu, hər bir tibb işçisinin mənəvi və vəzifə borcudur. Naxçıvan Muxtar Respublikasında hər bir tibb müəsisəsində şəhid ailə üzvləri və qazilərimiz növbəsiz olaraq bütün xidmətlərdən yararlana bilirlər".

 

Daha sonra şəhid ailələri kompleks müayinələrdən keçiblər.

 

Aksiyada 60 nəfərin 300-dən çox müayinəsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb