Azərbaycan CAREC ölkələrinin Səhiyyə işçi qrupunun 5-ci iclasında təmsil olunub
05.11.2023 09:15

Qazaxıstanın Almatı şəhərində 2-3 noyabr 2023-cü il tarixlərində Orta Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) ölkələrinin Səhiyyə işçi qrupunun 5-ci iclası keçirilib.

 

Bu əməkdaşlıq çərçivəsində ölkəmizi Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri təmsil ediblər.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, iki gün davam edən tədbirdə CAREC -2030 Səhiyyə Strategiyası əsasında CAREC ölkələrinin təqdimatları dinlənilib, kadr potensialının hazırlanması və gücləndirilməsi, epidemioloji və laborator nəzarətinin, pandemiya və iqlim dəyişikliklərinə hazırlıq məsələləri, səhiyyənin rəqəmsallaşdırılması, iqlim dəyişikliyi, səhiyyə fəaliyyətləri üzrə müzakirələr aparılıb.

 

Tədbirdə Səhiyyə Nazirliyinin nümayəndələri stategiyaya müvafiq olaraq ölkə üzrə hesabatı əks etdirən təqdimatla çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır