"Medinex Azərbaycan" sərgisi tibbi avadanlıq bazarında irəliləyişimizə əhəmiyyətli təsir göstərəcək
04.11.2023 10:50

Ümumiyyətlə, düşünürəm ki, "Medinex Azerbaijan" sərgisində şirkətlərin iştirakı çox vacibdir. Biz yalnız məhsul və avadanlıqlarla vizual olaraq tanış olmuruq, həm də bizi maraqlandıran şirkətlərin satış menecerləri və rəhbərləri ilə məsləhətləşirik. Bu çox vacibdir, çünki gündəlik həyatda təəssüf ki, bu və ya digər dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə görüşmək həmişə mümkün olmur. Sərgi bizə görüş təyin etmədən onlarla söhbət etmək imkanı verir.

Sərgidə təmsil olunan "ASMEDİCAL" şirkətinin satış və marketinq direktoru Jalə Məmmədova öz təəssüratlarını Aztibb.az-a paylaşıb.


Üçüncü ildir ki, "ASMEDİCAL" şirkəti xüsusi proqram təminatından istifadə edərək, tibbi laboratoriyaların yaradılması, təşkili və təchiz edilməsi üzərində işləyir. Laboratoriya avadanlığı, laboratoriyada istifadə olunan kimyəvi maddələr və sərf materialları sahəsində fəaliyyətimiz gündən-günə genişlənir.

Bununla yanaşı, "ASMEDİCAL" ISO 9001-2000 keyfiyyətin idarə edilməsi sistemi proqramına daxil olmuşdur. Qısa müddət ərzində şirkət bir çox xarici istehsal şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəliyini əldə etməyə nail olub. Onların arasında Amerikanın "BD", Çinin "Dirui" və "Lifotronic", Almaniyanın "Virion/Serion", İngiltərənin "Rapid Labs", Türkiyənin "Kbudek", həmçinin Türkiyənin PCR testləri istehsalçısı olan "Anatolia geneworks" şirkətlərini göstərmək olar.

Şirkətin bütün məhsulları ən yüksək dünya standartlarına cavab verir və tam avtomatlaşdırılmışdır. Şirkətin xaricdə təlim keçmiş mütəxəssisləri məhsullarımızın alıcılarına məhsul ilə işləmək qaydasını öyrədir, texniki şöbə isə bütün avadanlıqlara texniki xidmət göstərir.

Stendimizdə təmsil etdiyimiz şirkətlərin rəhbərləri də iştirak edir və onlar, necə deyərlər, birinci əldən məlumat verməyə hazırdırlar. Bir çox tanınmış klinikaların mütəxəssisləri artıq stendimizə baş çəkmiş, avadanlıqlarla tanış olmuşdur. Əminəm ki, "Medinex Azərbaycan" sərgisi tibbi avadanlıq bazarında irəliləyişimizə əhəmiyyətli təsir göstərəcək!

Bu gün sərgidə əməkdaşlıq etdiyimiz şirkətlərin avadanlıqlarını nümayiş etdiririk. Onların arasında analoji avadanlıqların istehsalında dünya lideri olan Çinin "Dirui" şirkətinin hibrid sidik analizatoru FUS-2000, digər tərəfdaşlarımızın hematoloji və biokimyəvi avadanlıqları var.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır