BBSM-də təlim: "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər üzrə meyarlar və nöqsanlar”
04.11.2023 10:17

Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər üzrə meyarlar və nöqsanlar” mövzusunda təlim keçirilib.

 

Aztibb.az-a BBSM-dən verilən xəbərə görə, təlimdə Mərkəzin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri üzrə icbari tibbi sığorta işinə məsul şəxslər iştirak edib. Təlim Mərkəzin Monitorinq və nəzarət departamentinin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə İsmayılova tərəfindən keçirilib.

 

2023-cü ilin iyul ayının nəticələrinə əsasən həyata keçirilən təlimdə ilkin səhiyyə müəssisələrində yeni fəaliyyətə başlayan laboratoriyaların fəaliyyəti, xəstələrin müayinələrə göndərilməsi zamanı yaranan çətinlik və problemlər, tibb müəssisələrində müşahidə olunan nöqsanlar, nöqsanların aradan qaldırılması yolları və s. məsələlərlə bağlı məlumat verilib, onların həll yolları göstərilib.

 

İ.İsmayılova, həmçinin laborator xidmətlərin icrasının elektron sistemdə düzgün qeydiyyatının aparılmasının zəruriliyini vurğulayıb:

 

“Radioloji və laborator müayinələrin cavabları həkimlər tərəfindən sistemə daxil edilir. Bu, vətəndaşların anamnestik məlumatlarının elektron bazasının formalaşdırılması baxımından çox vacibdir”.

 

Sonda təlim iştirakçılarının müvafiq sualları cavablandırılıb və bu sahədə təlimlərin, maarifləndirici tədbirlərin sistemli şəkildə həyata keçiriləcəyi nəzərə çatdırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb