Akkreditasiya meyarları üzrə təlim iştirakçılarına sertifikatlar təqdim edilib  
04.11.2023 12:08

Azərbaycan Tibb Universitetinin (ATU) 30-dan çox əməkdaşına “İnstitusional akkreditasiya meyarları üzrə” mövzusundakı təlimdə iştirakla bağlı sertifikatlar təqdim olunub. 

 

Universitetdən Aztibb.az-a bildirilib ki, təqdimat mərasimində çıxış edən ATU-nun Tədris işləri üzər prorektoru, professor Sabir Əliyev akkreditasiya meyarlarının metodologiyası ilə tanışlıq məqsədilə bu təlimlərin böyük əhəmiyyət daşıdığını bildirib. Məhz bu təlimlərin səviyyəsi universitet əməkdaşlarının ali təhsil pilləsi üzrə institusional akkreditasiya meyarları vasitəsi ilə özünütəhlil qiymətləndirilməsini yüksək səviyyədə həyata keçirdiyini qeyd edib. 

 

Proses zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları tərəfindən yüksək səviyyəli təkim keçirildiyini qeyd edən professor S.Əliyev Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin nəzdində olan bu agentliyin fəaliyyətinin bütün ali məktəblər üçün önəm daşıdığını vurğulayıb. 

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı, sədr müavini Kamran Rəsulov qurum haqqında toplantı iştirakçılarına məlumat verib. Agentliyin Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsini apardığını bildirib. İndiyədək Agentlik tərəfindən 13 ali təhsil müəssisəsinin institusional akkreditasiyadan keçirildiyini, son 3 il ərzində 1000-dən çox ali təhsil müəssisələrinin nümayəndələrinin  təlimlərdə iştirak etdiyini bildirib. 

 

ATU-nun Təlim və metodologiya şöbəsinin müdiri Simnar Məmmədov təlim mövzusunun universitet əməkdaşları üçün çox aktual olduğunu, akkreditasiyanın müxtəlif mərhələlərindən uğurla keçmək üçün hər kəsə yardımçı olduğunu qeyd edib. 

 

Qeyd edək ki, bir müddət əvvəl ATU əməkdaşları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “İnstitusional akkreditasiya meyarları üzrə” təlim mövzusundakı təlimdə iştirak ediblər.  

 

ATU-nun İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə akkreditasiya meyarlarının metodologiyası ilə tanışlıq baş tutub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb