Səhiyyə və əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb
03.11.2023 16:32

Azərbaycan Səhiyyə Nazirliyində beynəlxalq müstəvidə aparıcı şirkətlərdən olan Avstriyanın tibb avadanlıqları istehsalçısı “Meteka”nın rəhbəri Roland Katşniq və “Qatar Pharma”nın idarə heyətinin sədri Əhməd Məhəmməd əl-Hayyi əs-Suleyti ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə səhiyyə və əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və beynəlxalq aparıcı şirkətlərin ölkəmizlə fəaliyyət istiqamətləri müzakirə olunub.

Azərbaycanda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu, bu istiqamətdə müasir tendensiyaların və innovasiya təşəbbüslərinin davamlı tətbiqi ilə bağlı məlumat verilib. Qeyd edilib ki, hazırda Azərbaycanda digər istiqamətlərlə yanaşı, səhiyyədə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və iqtisadi baxımdan sektorun inkişaf səmərəliliyinin artırılması istiqamətində ardıcıl layihələr icra olunur.

 

Nazir Teymur Musayev qeyd edib ki, səhiyyədə innovativ nailiyyətlərin tətbiqi, yüksək texnologiyalı əczaçılıq sənayesinin qurulması və inkişafi, tibb xidməti göstərən müəssisələrin müasir standartlar əsasında yenilənməsində aparıcı şirkətlərlə qarşılıqlı əməkdaşlıq mühüm rol oynayır.

 

Görüşdə, Meteka şirkətinin dünyada ilk dəfə olaraq tibbi tullantıların dezinfeksiyası üçün cihazlar hazırladığı, “Qatar Pharma”-nın isə yüksəkkeyfiyyətli dərman istehsalı üzrə ixtisaslaşdığı bildirilib.

 

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi və maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır