"Medinex" sərgisi özümüzü səhiyyə sahəsinin spesifik sektoru kimi tanıtmağımıza daha yaxşı imkanlar yaradır
03.11.2023 13:46

"BT Techno Service" zəhərli tibbi tullantıların təhlükəsiz toplanması, daşınması və utilizasiyası sahəsində liderdir. Biz bu yaxınlarda fəaliyyətə başlamışıq və öz imkanlarımızı nümayiş etdirmək üçün sərginin imkanlarından istifadə etmək istəyirik.

 

Aztibb.az sərgidə təmsil olunan "BT Techno Service" şirkətinin direktoru Kəmalə Məsimovanın təəsüratlarını paylaşıb. 

"Medinex" sərgisində ilk dəfədir ki, iştirak edirik. Özümüzü səhiyyə sahəsinin spesifik sektoru kimi tanıtmağımız vacibdir. Hesab edirəm ki, sərgi bunun üçün daha yaxşı imkanlar yaradır. Bizim əsas istehlakçılarımız tibb müəssisələri -xəstəxanalar, poliklinikalar, laboratoriyalar, estetik klinikalardır. Onların nümayəndələrinə fəaliyyətimiz haqqında tam həcmdə məlumat veririk və proqramımızı təqdim edirik. Sərginin ilk günündə keçirilən maraqlı görüşlər tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və müştərilərin sayının artmasına ümid verir.

Şirkətimiz utilizasiya sahəsində ölkəmizdə qəbul edilmiş bütün standartlara cavab verən ən müasir texnologiyaları tətbiq edir. Tibb müəssisələrinin tullantıların toplanması, daşınması və utilizasiyasının bütün mərhələlərini izləyə biləcəyi xüsusi proqram hazırlamışıq. Fövqəladə Hallar Nazirliyində zəhərli tullantılarla təhlükəsiz iş üzrə tam təlim kursu keçmiş şirkət əməkdaşları təhlükəsizliyə tam zəmanət verən xüsusi uniformadan istifadə edirlər.

Tibbi tullantıların utilizasiyası böyük problemdir və bütün standartlara və təhlükəsizlik tədbirlərinə riayət edilməsini tələb edən çox çətin prosesdir. "Bəzilərini sağaldaraq, başqalarına zərər verməyin" şüarımız məhz ona əsaslanır ki, düzgün utilizasiya vətəndaşların təhlükəsizliyi və sağlamlığı, ətraf mühitin qorunması üçün son dərəcə vacibdir.


Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır