"Medinex" sərgisi bir daha tibb mütəxəssislərinin diqqətini çəkdi
03.11.2023 13:25

"Medinex" sərgisinə məni tibb sənayesinin yenilikləri ilə tanış olmaq istəyi gətirdi. Mən cərraham və məni ilk növbədə cərrahi avadanlıqlar, alətlər və yeni texnologiyalar və müalicə üsulları maraqlandırırdı. Xüsusilə bipolyar təkrar istifadə edilə bilən laparoskopik alətlər diqqətimi çəkdi. Ümidvaram ki, gələcəkdə müəssisəmiz bu məhsulları alacaq və biz onu işimizdə tətbiq edəcəyik. 

 

Aztibb.az sərginin ziyarətçisi, Binəqədi Tibb Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Feyruz Verdiyev təəssüratlarını paylaşıb.


Mən həmçinin sərginin işgüzar proqramında, kardiologiya üzrə paneldə məmnuniyyətlə iştirak etdim. Özüm kardioloq olmasam da, Rəşad Məmmədovun, İlqar Tahiroğlunun və başqalarının çıxışlarını böyük maraqla dinlədim və bir çox yeni şeylər öyrəndim. Azərbaycanda bir uşağın eyni vaxtda ürəyindən və qaraciyərindən əməliyyat olunması faktını yalnız indi öyrəndim və bu cür mürəkkəb əməliyyatların azərbaycanlı cərrahlar tərəfindən həyata keçirilməsi məni çox sevindirdi.

"Medinex" sərgisi keçirilməsinin vacibliyini bir daha göstərdi. Daim yenilənən məlumatları müxtəlif mənbələr vasitəsilə əldə etmək həmişə mümkün olmur. Sərgidə bütün lazımi məlumatlar vahid məkanda - stendlərdə, panel müzakirələrində, həmkarlar ilə peşəkar ünsiyyətdə toplanır. Canlı ünsiyyət sərgilərin digər ünsiyyət vasitələrindən mübahisəsiz üstünlüyüdür.




ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır