Prioritet sağlamlıq mövzularında təcrübələrin öyrənilməsi uğurla həyata keçirilir
03.11.2023 12:51

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatorunun müavini Vasiliy Kozlovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Aztibb.az xəbər verir ki, görüşdə səhiyyə sahəsində əməkdaşlığın inkişafı məsələləri, o cümlədən tibbi xidmətlərin göstərilməsində təcrübə mübadiləsi, səhiyyədə mütərəqqi texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadrların hazırlığı müzakirə edilib.

Nümayəndə heyətini salamlayan Teymur Musayev bildirib ki, ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi arasında imzalanan «Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq Sazişi»nə əsasən həyata keçirilir.

Nazir, tibb təhsili sahəsində də uğurlu əməkdaşlığın olduğunu vurğulayıb: “Beynəlxalq reytinqdə ən yaxşı Rusiya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb”.

Həmçinin, əczaçılıq, tibb mütəxəssislərinin mübadiləsi, prioritet sağlamlıq mövzularında təcrübələrin öyrənilməsinin uğurla həyata keçirildiyi qeyd edilib.

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatorunun müavini Vasiliy Kozlov səmimi qəbula görə Teymur Musayevə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında imzalanan xarici iqtisadi əlaqələrin tənzimlənməsinə dair Saziş çərçivəsində səhiyyə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsi mövcuddur. O, yüksəktexnoloji tibbi yardım, əczaçılıq, sanator-kurort müalicəsi, tibbi turizm və kadrların hazırlığı sahələrində birgə əməkdaşlığa maraqlı olduqlarını bildirib.

Tərəflər həmçinin, digər istiqamətlər üzrə də gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır