Cəlilabadda şəhid həkim Mirlətif Ağayevin xatirəsi anılıb
02.11.2023 10:38

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış həkim Mirlətif Ağayevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov şəhid həkimin həyat yolundan danışıb, M.Ağayevlə bağlı xatirlələrini bölüşüb.

 

Anım tədbirində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı Zəfər qazandığımız, torpaqlarımızın işğaldan azad olunduğu vurğulanıb. Qeyd edilib ki, biz Qələbəmizlə daim qürur duyuruq. Ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçən Vətən övladlarının əziz xatirəsi daim ürəklərdə yaşayacaq.

 

Sonda Mirlətif Ağayevə həsr olunan videoçarx nümayiş etdirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır