Valideyn-uşaq münasibətləri mövzusunda üç günlük təlim başa çatdı
01.11.2023 16:25

Azərbaycan Pediatrlar Assosiasiyası mütəmadi olaraq uşaqlarla bağlı səhiyyə-sağlamlıq perspektivlərinin müəyyənləşdirilməsi, ana və uşaqların sağlamlığına, rifahına qayğı siyasəti, məktəbli uşaq və yeniyetmələr arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirmə istiqamətində təlimlərin təşkilinə xüsusi diqqət yetirir.

Aztibb.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Pediatrlar Assosiasiyasının birgə tərəfdaşlığı ilə “XXI əsrdə valideyn-uşaq münasibətləri. Milli-mənəvi və ailə dəyərlərinə əsaslanmış tərbiyə prosesi” mövzusunda təlimçi və fasilitator üçün təlim kursu keçirilib.

Təlim, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Poroblemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və Ümidli Gələcək STİB-in birgə təşkilatçılığı ilə baş tutub.

Təlimin ilk günü Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə etdiyi açılış nitqində valideyn və uşaq münasibətləri fonunda yeni nəslin fiziki və əqli sağlamlığının qorunması baxımından kursun əhəmiyyətindən danışıb, zəruri tövsiyələr verib.

Təlimdə ekspertlər müasir dünyada ailənin vəzifələri və məqsədləri, uşaqları tərbiyə üsulları, erkən uşaqlıq dövründə inkişafa dəstək, reproduktiv sağlamlıq və cinsi tərbiyə, uşaqlarla uğurlu ünsiyyətin prinsipləri, şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri və digər mövzularda təqdimatlar ediblər.

Maarifləndirici təlimdə çıxışların ardınca iştirakçılar arasında faydalı fikir mübadilələri aparılıb və sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Üç günlük təlim noyabrın 1-də başa çatıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır