Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
01.11.2023 12:31

Azərbaycan Səhiyyə Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirilib.


Aztibb.az-a Nazirlikdən verilən xəbərə görə, görüş tanışlıq və gələcək əməkdaşlığı müzakirə etmək, ümumi maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmaq məqsədini daşıyıb.


Nazir Teymur Musayev yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı tərəfdaşlığının inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.


Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir, digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndiyini bildirib. Teymur Musayev ikitərəfli əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli səfərlərin məxsusi rolunu vurğulayıb. Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən Teymur Musayev, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Öz növbəsində səfir İssam bin Saleh əl-Cuteyli ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulub. Səfir qeyd edib ki, dost ölkələr arasında səhiyyə sahəsində qarşılıqlı münasibətlərin səmərəliliyini artırmaq üçün bütün zəruri imkanlar mövcuddur.

 

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv