Əlilliyin reabilitasiyasında tibbi modeldən sosial modelə keçidin öyrənilməsinə dair müzakirələr aparılıb
01.11.2023 10:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (Agentlik) Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyinin tabeliyindəki Əlilliyin və Əmək Qabiliyyətinin Qiymətləndirilməsi Ofisinin rəhbəri Vytaute Polujanskienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə ölkəmizdə əlilliyin qiymətləndirilməsi və reabilitasiyasında tibbi modeldən sosial modelə keçidin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

 

Əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, əlilliyin qiymətləndirilməsində yeni meyarlar, əlilliyi olan şəxslər üçün yaradılan müasir reabilitasiya infrastrukturu barədə məlumat verilib.

 

Səfər çərçivəsində qonaqlar Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Respublika Reabilitasiya Mərkəzi və Tibbi-Sosial Ekspertiza Mərkəzi şöbəsində əlilliyi olan şəxslərin reabilitasiyası, reabilitasiya vasitələri ilə təminat və əlilliyin qiymətləndirilməsi prosesləri ilə tanış olublar.

 

Nümayəndə heyəti ölkəmizdə əlilliyin qiymətləndirilməsi və reabilitasiyası sahəsində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yanaşmaları yüksək qiymətləndirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır