Dəyirmi masa: “Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası” 
01.11.2023 09:41

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlarının Dərnəyinin birgə təşkilatçılığı ilə “ÜST-nin qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş “Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası” mövzusunda dəyirmi masa keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi,  t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov hazırda istehsal olunan və idxal edilən, məişətdə geniş istifadə olunan qurğuşun tərkibli boyaların uşaq orqanizminə zərərindən danışıb. Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının bir sıra qurumlarının, Qurğuşun boyalarının qadağan edilməsi üzrə Qlobal Alyansın həyata keçirdiyi tədbirlərə baxmayaraq, təəssüflər olsun ki, qurğuşun tərkibli boyaların istehsalı, idxalı və istifadəsi bir çox ölkələrdə, o cümlədən Azərbaycanda hələ də davam edir. Bu, qanunvericilik vasitəsilə tənzimlənə bilər. Belə bir qanun layihəsi də hazırlanmışdır və bu məsələ barədə fikirlərimizi bölüşüb müzakirə edəcəyik.

 

Sonra çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov qeyd edib ki, bu məsələnin bu günə qədər həllini tapmaması hər birimizi narahat edir. Biz uşaqlarımızı, gələcəyimizi qorumalıyıq. O, qısa müddətdə ekspertlərin iştirakı ilə qanun layihəsinin Milli Məclisə daxil olması və orada beynəlxalq standartlara uyğun qəbul olunmasına nail olunacağına əminliyini bildirib.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konseptual məruzə ilə çıxış edərək, uşaqlarda qurğuşunla zəhərlənmə barədə ətraflı məlumat verib və onun qarşısının alınması yollarından danışıb. Azərbaycanda qurğuşun boyalarının tənzimlənməsinin hazırkı vəziyyəti və bu sahədə əldə olunan irəliləyişlər barədə məlumat verən İsmayıl Əfəndiyev daha sonra dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi, Azəri Toksikoloqlar Dərnəyinin katibi Leyla Fətullayeva “Qurğuşuna məruz qalmanın əhatə dairəsi və sağlamlıq üçün təhlükələri” mövzularında məruzələrlə çıxış edib, Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səbinə İbrahimova və Mərkəzi Gömrük Hospitalının həkim pediatrı Təranə Göyüşova Azərbaycanda uşaqlarda və həssas qruplarda qanda qurğuşun və digər ağır metalların öyrənilməsi layihəsini təqdim ediblər.

 

Tədbirdə Azərbaycan Səhiyyə nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ümumdünya Səhiyyə təşkilatının, UNİCEF-in və digər təşkilatların nümayəndələri iştirak ediblər.

 

Dəyirmi masada tərkibində qurğuşun olan boyaların insan sağlamlığına, xüsusilə də uşaqların səhhətinə mənfi təsiri ilə bağlı aktual məsələlər, boyalarda qurğuşun miqdarının tənzimlənməsi və ona nəzarət sahəsində digər ölkələrin əldə etdiyi nailiyyətlər, eləcə də bu istiqamətdə atılacaq zəruri addımlar müzakirə olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır