“Medinex” və “Beauty Azerbaijan” sərgilərinə həsr olunan mətbuat konfransı baş tutub
31.10.2023 12:14

Noyabrın 2-dən etibarən iki gün davam edəcək III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) ilə bağlı mətbuat konfransı keçirilib.

Aztibb.az xəbər verir ki, tədbir çərçivəsində gözəllik sektoruna aid şirkətlərin iştirakı "Beauty Azerbaijan" adı altında təşkil olunacaq. Sərgilərə, ümumilikdə 14 ölkədən 100 şirkət qatılacaq.

“Medinex” sərgisi yeniden sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.

Konfransda vurğulanıb ki, “Medinex” sərgisinin təşkili əlamətdar bir ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 iliyinə təsadüf edir.

Sərginin təqdimat zonasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tibbi İnnovasiyalar Forumu təşkil olunacaq. Bu il, həmçinin tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü qeyd olunur. Sərgidə bu əlamətdar hadisəyə həsr olunan oftalmologiya mövzusunda panel müzakirəsi baş tutacaq.

Sərgidə aparıcı yerli və xarici istehsalçılar, distributorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehslakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır. Sərgi ekspozisiyası “Diamed CO", “Arash Medical Company”, “ASMEDİCAL”, “Labservis LTD”, “IHG” (International Health Group), “Biopharmax AFEZCO” kimi mühüm yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin ixtisaslaşmış şirkətlərini bir araya gətirəcək.

Sərgidə xarici şirkətlərlə yanaşı, tibbi avadanlıqların aparıcı yerli distribütorları, qlobal istehsalçıların tərəfdaşları, eləcə də “Made in Azerbaijan” brendi altında məhsulların yerli istehsalçıları da iştirak edəcəklər. Bu il xüsusi olaraq sərgidə Belarus və Qazaxıstan, bundan başqa, Rusiyanın müxtəlif vilayətləri - Yaroslavl, Moskva, Sverdlovsk vilayətləri, eləcə də Tatarıstan Respublikası öz kollektiv stendləri ilə çıxış edəcəklər.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB “Medinex” 2023 sərgisinin rəsmi dəstəkçislərdirlər.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir