İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
31.10.2023 09:29

Adenoidektomiya (burun əti) və tonzillektomiya (boğaz əti) əməliyyatları icbari tibbi sığorta ilə ən çox icra olunan LOR əməliyyatlarından hesab olunur.

 

Bu məlumat Aztibb.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilib.

 

Qeyd olunub ki, burun və boğaz əti əməliyyatlarının diaqnostikası üçün pasiyent otolarinqoloq tərəfindən müayinə olunur. Burun ciblərinin və yuxarı tənəffüs yollarının endoskopiyası və rentgenoqrafiyası aparılır. Eyni zamanda, əməliyyat öncəsi müayinə və həkim konsultasiyası, laborator və instrumental müayinələr, histopatoloji müayinələr, qan və ya qan komponentləri, 12 yaşa qədər uşaqlarda yatış müddətində müşayiət edən şəxsin qidalanması, həkim təqibi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

 

Əməliyyat otolarinqoloq-cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Anesteziya, reanimasiya və stasionarda yatış, eyni zamanda əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta təminatına daxildir.

 

Məlumat üçün bildirək ki, adenoidektomiya burun-udlaq nahiyəsində yerləşən burun ətinin cərrahi yolla çıxarılmasıdır. Bu əməliyyat ən çox 14 yaşına qədər uşaqlarda aparılır.

 

Burunla nəfəsalmada çətinlik, ağızdan nəfəsalma, xoruldama, ağzı açıq yatma, yuxuda tənəffüsün 10 saniyədən çox dayanması, konservativ müalicənin effektiv olmaması əməliyyat üçün göstəriş hesab oluna bilər. Əməliyyat olunmadıqda oksigen çatışmazlığına, çənə sümüyünün inkişaf anomaliyasına, eşitmə azlığı və diqqət dağınıqlığına səbəb ola bilir.

 

Tonzillektomiya boğazda irinli ağırlaşmalar, udmanın çətinləşməsi, tənəffüs yolunun tutulması və terapevtik müalicənin effekt vermədiyi hallarda həkim tərəfindən təyin olunur. Xroniki tonzilitdən əziyyət çəkən pasiyentləri əməliyyat etmədikdə revmatizm, nəticədə revmatik mənşəli ürək və böyrək xəstəliklərinə səbəb olur.

 

Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmış xidmətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv