Professor Kamran Musayevi 50 illik yubileyi münasibətilə təbrik edirik!
30.10.2023 16:39

Bu gün tanınmış ürək-damar cərrahı, Əməkdar həkim, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayevin 50 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonu) Göllü kəndində anadan olub. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirdib və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yoluyla Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb fakültəsinə göndərilib. 1996-cı ildə bu təhsil ocağında 6 illik tibb təhsilini uğurla başa vurub, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində ürək-damar cərrahiyəsi ixtisası üzrə rezidentura təhsili alıb.

 

O, 1996–2002-ci illər Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xəstəxanasında ürәk–damar cәrrahı olaraq işləyib. 2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq vətənə qayıdan Kamran Musayev həmin ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın stasionar şöbə müdiri vəzifəsində fəaliyyətə başlayıb. 2006–2009-cu illərdə klinikanın icraçı direktorunun tibb işləri üzrə müavini, 2009-cu ildən indiyə qədər isə baş həkimidir. Eyni zamanda, Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin sədridir.

 

2013-cü ildə məhz Kamran Musayev tərəfindən Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Klinik Xəstəxanada süni ürək köçürülməsi əməliyyatı həyata keçirilib. 2017-ci ilin sentyabr ayında Azərbaycanda ilk dəfə olaraq Kamran Musayev və onun komandası tərəfindən qan dövranı dayandırılmaqla Ağciyər damarlarının endarterektomiyası adlanan əməliyyat icra olunub. 2018-ci ilin noyabr ayında ölkəmizdə ilk dəfə olaraq "Ozaki əməliyyatı" adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxanada prof. Kamran Musayevin komandası tərəfindən xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəzolunması əməliyyatı həyata keçirilib.

 

O, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin 16 iyun 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb. 30 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

 

Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının üzvüdür.

 

Professor Kamran Musayevi 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır