Professor Gəray Gəraybəyli Kocaeli Universitetinin rektoru ilə görüşüb  
30.10.2023 10:26

Kocaeli Universitetinin rektoru, Süd vəzi Cərrahları Cəmiyyətinin sədri, SENATÜRK-ün vitse-prezidenti, cərrah onkoloq, professor Nuh Zafer Canturkün başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə iki universitet arasında qarşılıqlı fəaliyyət, əməkdaşlığın mümkün perspektivləri haqqında müzakirə aparılıb.

 

Professor G.Gəraybəyli rəhbəri olduğu təhsil müəssisəsi haqda qonaqlara məlumat verərək universitetin fakültələri, mövcud ixtisaslar, tələblərin həm tədrisi həm də praktikası üçün yaradılan şərait haqqında danışıb. Hazırda ATU-nun 6 fakültəsində 7 mindən çox tələbənin təhsil aldığını, onların da 2 mindən çoxunun əcnəbilər olduğunu bildirib. ATU-nun rektoru G.Gəraybəyli  əcnəbi tələbə sayına görə rəhbərlik etdiyi universitetin respublikada birinci yerdə olduğunu da qeyd edib.

 

Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris Onkoloji Klinikanın baş həkimi, dosent Nigar Mehdiyeva, Onkologiya kafedrasının assistenti Həqiqət Vəliyeva iştirak ediblər. 

 

Qeyd edək ki, Türkiyədən gələn nümayəndə heyətinin üzvləri Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, ATU-nun Onkoloji Klinikası və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində iştirak ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır