Uşaqlarla diatez niyə əmələ gəlir?
03.11.2023 09:11
Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir.
 
Aztibb.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkim-allerqoloqu Aidə Mahmudova bildirib ki, uşağın həyatının ilk aylarında allergenlər üçün ən əsas mədə-bağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən qida zülalı uşaq orqanizminə yad olduğu üçün təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları ana südünü əvəz edə bilməz. Əlavə qidalalarla qidalanan uşaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlara nisbətən xeyli dərəcədə yüksək olur.
 
Həkimin sözlərinə görə, allergenlər tədricən bağırsaqlarda toplanmağa başlayır. Müəyyən bir vaxtdan sonra uşağın tam inkişaf etməmiş immun sistemi onların öhdəsindən gələ bilmir və bu zaman allergiya inkişaf edir.
 
Aidə Mahmudova qeyd edib ki, uşaq orqanizmi bəzi hallarda qırmızı, sarı rəngli meyvələrə, yumurta sarısına, şokolad, bal, qoz kimi qida əlavələrinə dəridə allergik reaksiya verə bilir. 3-5 yaşa çatarkən uşaqların bir çoxunda diatez azalır, bəzən isə tamamilə yox olur.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub