Səhiyyə dekadası çərçivəsində həkim mütəxəssislər Səhiyyə Nazirliyinin diplomları ilə təltif ediliblər
28.10.2023 10:43

Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası çərçivəsində özbəkistanlı həmkarları ilə birgə tibbi əməliyyatlar keçirmək üçün Özbəkistana ezam olunan həkim mütəxəssislərlə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, nazirlikdə baş tutan görüşdə ilk növbədə Azərbaycan və Özbəkistanın səhiyyə sahəsinin inkişafına xidmət edəcək bu tədbirin keçirilməsində göstərilən yüksək dəstəyə görə, Heydər Əliyev Fonduna və ölkənin birinci vitse-prezidentinə minnətdarlıq ifadə edilib.


Uğurlu cərrahiyyə əməliyyatları və tibbi müayinələr apardıqlarına görə həkimlərə təşəkkürünü bildirən Teymur Musayev qeyd edib ki, hər iki ölkənin prezidentlərinin rəhbərliyi altında Azərbaycan-Özbəkistan arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental əsaslar yaradılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb.

 

Nazir tərəfdaşlıq əlaqələrinin digər sahələrlə yanaşı, səhiyyə sektorunda da getdikcə gücləndirildiyini söyləyib: “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Özbəkistan-Azərbaycan Səhiyyə Dekadasının keçirilməsi bu əlaqələrin bariz nümunəsidir. Yüksək səviyyədə təşkil olunan dekada və forum ölkələr arasında səhiyyə sahəsində münasibətləri yeni müstəviyə keçirməklə, bu istiqamətdə uğurlu inkişaf perspektivləri və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradıb”.


T.Musayev qeyd edib ki, dekada çərçivəsində birgə aparılan uğurlu cərrahi əməliyyatlar, müalicə və müayinə tədbirlərinin hər iki ölkənin həkim mütəxəssislərinin praktiki tibbi təcrübə mübadiləsinin həyata keçirilməsi, peşəkarlıq, bilik və bacarıqlarının artırılması ilə yanaşı əhalinin yüksək səviyyədə sağlamlığının qorunmasında mühüm addımdır.


Həyata keçirilən tədbirlər barədə məlumat verən həkimlər bildiriblər ki, Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası çərçivəsində Azərbaycandan olan 14 həkim tərəfindən özbəkistanlı həmkarları ilə birgə yerli əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla 100-dən artıq müxtəlif cərrahiyyə əməliyyatları icra edilib, müayinə və müalicələri həyata keçirilib.

 

Paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya, oftalmologiya və ağır rekonstruktiv əməliyyatların icra edildiyi bildirilib.

 

Sonda səhiyyə dekadası çərçivəsində tibbi əməliyyatların keçirilməsi üçün Özbəkistana ezam olunan həkim mütəxəssislər Səhiyyə Nazirliyinin diplomları ilə təltif ediliblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib   
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları”