ATU ilə Türkiyənin Batman Universiteti arasında anlaşma sazişi imzalanıb  
27.10.2023 15:32

Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Batman Universiteti arasında anlaşma sazişi imzalanıb. Beynəlxalq tələbə mübadiləsi proqramlarını inkişaf etdirmək məqsədi daşıyan bu razılaşma  ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə Batman Universitetinin rektoru, professor İdris Demirin görüşü zamanı əldə olunub.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Görüş zamanı professor Gəray Gəraybəyli Erasmus Proqramı çərçivəsində imzalanın bu müqavilənin tələbələri beynəlxalq təcrübə qazanmağa həvəsləndirmək, onlara yeni fürsətlər qazandırmaq məqsədi daşıdığını bildirib. Rektor anlaşma sayəsində iki universitet arasında təkcə tələbə mübadiləsi deyil, yeni ixtisasların təkmilləşdirilməsi yönümündə işlər aparıla biləcəyini, birgə elmi tədqiqatların icra oluna biləcəyini istisna etməyib.

 

Batman Universitetinin rektoru, professor İdris Demir bu müqavilənin tələbələrə mədəni müxtəliflik, fərqli təhsil imkanları və beynəlxalq şəbəkələrə qoşulmaq şansı yaradacağını vurğulayıb. O, bu cür əməkdaşlığın universitetlər arasında əlaqələrin möhkəmlənməsinə, elmi araşdırmalara töhfə verəcəyini də bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır