“Sağlam olaq, donor olaq” adlı maariflənmə tədbiri keçirilib
27.10.2023 12:52

YAP Yasamal rayon təşkilatı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Ümümmilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sağlam olaq, donor olaq” şüarı altında irsi qan xəstəliyi və qan vermənin faydaları haqqında gənclərlə təbliğat-təşviqat xarakterli görüş keçirilib.

Aztibb.az xəbər verir ki, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, eləcə də Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr və rayonun aktiv gəncləri iştirak ediblər.

Rəsmi hissədən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.


Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Sağlam olaq, donor olaq” adlı videoçarx təqdim edilib.


Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, görüşün baş tutmasının əsas səbəbi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədardır.

Qeyd olunub ki, tarixi Zəfər və suverenliyimizin tam şəkildə bərpa edilməsi ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirdi. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sədaqətlə əməl etdi, xalqı və ordunu birləşdirərək torpaqlarımızı azğın düşməndən təmizləməklə Ulu Öndərin və bütün şəhidlərimizin ruhunu şad etdi.

Diqqətə çatdırılıb ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə nəhəng infrastruktur layihələri, quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış tam surətlə davam edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbə qazandıran İlham Əliyev kimi Lideri var. Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.

Talassemiya, irsi qan xəstəliklərindən və digər profilli xəstəliklərdən və həmin xəstələrin dövlət qayğısı ilə əhatə olunmasından bəhs edən Bəxtiyar Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə "Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı" haqqında Fərman imzalanmışdır. Bununla əlaqədar əhali arasında vaxtaşırı maarifləndirmə kampaniyası həyata keçirilir. Ölkəmizdə uğurla həyata keçirilən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" isə irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və onların ömürlərinin uzadılmasına xidmət edir.

Bildirilib ki, proqram çərçivəsində xəstələr dərman preparatları ilə ödənişsiz təmin olunurlar. Uşaqların sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Fond 2005-ci ildən ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə "Talassemiyasız həyat naminə" layihəsinə başlamışdır. Bundan əlavə, Bakı şəhərində istifadəyə verilən Talassemiya Mərkəzi indi hemofiliyalı uşaqların və onların valideynlərinin böyük ümid yeridir. Bir sözlə, Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunmuşlar.

Çıxışın sonunda B.Nəbiyev qeyd edib ki, talassemiya, irsi qan xəstəliklərindən və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək vermək məqsədi ilə YAP Mərkəzi Aparatı və Yasamal rayonunda təşkil olunan qanvermə aksiyalarında YAP Yasamal rayonu da aktiv şəkildə iştirak edir.

Daha sonra Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti, AQDİM-nin fəxri prezidenti LeyLa xanım Əliyevanın salamlarını görüş iştirakçılarının nəzərinə çatdırıb. O, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət etməsindən bəhs edib. F.Rəsul bildirib ki, Dövlət Proqramı"na əsasən, hökumət ilk növbədə hemofiliya və talassemiya xəstələriin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılmasını qarşıya məqsəd qoyulur. Eləcə də proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili və belə xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması yer alır. 

Tədbirdə digər çıxış edənlər- Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin icraçı direktoru Kamil Hüseynov və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyəti sədrinin köməkçisi Nəzrin Babayeva qeyd ediblər ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.

Görüşə Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri üzvü Gülyaz Məmmədovanın təqdimatında bədii hissə ilə yekun vurulub.

 

Sonda YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyevə və Xalq artisti Gülyaz Məmmədovaya Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin Fəxri fərmaları təqdim edilib.


Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub