Türkiyənin ən böyük özəl heyvan xəstəxanası "VetAmerican" açıldı
26.10.2023 17:17

Koç Sağlamlıq Qurumları öz bilik və təcrübəsini heyvan sağlamlığı sahəsinə gətirərərk "VetAmerican" xəstəxanasını istifadəyə verib.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

"VetAmerican" xəstəxanasınının açılış mərasimində Koç Holdinq AŞ-nin fəxri sədri və İdarə Heyətinin üzvü Rəhmi Koç, Koç Holdinq İdarə Heyətinin üzvü İpek Kıraç, Koç Holdinqin baş direktoru Levent Çakıroğlu, İstanbul valisi Davud Gül, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, Kağıthane rayon valisi Niyazi Erten, Kağıthane Bələdiyyə Başçısı Mövlud Öztekin və İstanbul Cerrahpaşa Universitetinin rektoru, prof. Nuri Aydın iştirak ediblər.

 

Açılışda çıxış edən Koç Sağlamlıq Qurumlarının baş direktoru Erhan Bulutcu bildirib ki, keyfiyyətli səhiyyə bütün canlılar üçün əlçatan olmalıdır. Ən müasir texnologiyaları yenilikçi bir yanaşma ilə bir araya gətirdiyimiz xəstəxana hazırda baytarlıq sağlamlığı xidmətləri sahəsində qabaqcıldır.

 

Diqqətə çatdırılıb ki, xəstəxanada 2-si təcili, 4-ü əməliyyat otağı olmaqla 15 müayinə otağı var. Türkiyədə ilk dəfə bir səhiyyə müəssisəsinin damı altında xidmət göstərəcək "VetAmerican"ın işlərini öz sahəsində mütəxəssis olan böyük bir baytar heyəti ilə həyata keçirəcək.

 

Avropanın ən böyük özəl heyvan xəstəxanalarından biri olan, 7500 kvadrat metr qapalı sahəsi olan, 8 mərtəbədən ibarət VetAmerican, müasir texnologiyası və yanaşması ilə Türkiyənin ən böyük özəl heyvan xəstəxanası olaraq baytarlıq xidmətlərində liderlik etməyi hədəfləyir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır