Türkiyənin səhiyyə nazirindən ÜST-ə "Qəzza" çağırışı
27.10.2023 09:18

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) İsrailin Qəzzaya hücumlarından sonra Qəzzada səhiyyə xidmətlərinin təhlükəsizliyinə zəmanət verməsini istəyib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, F.Koca ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus-a yazdığı məktubu sosial media hesabında paylaşıb.

 

Məktubda deyilir: “Qəzzada həyat, əgər buna “həyat” demək olarsa, iki həftədən çoxdur ki, çox ağır müharibə şəraitindədir... Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru kimi mən sizin bu fövqəladə vəziyyətə göstərdiyiniz diqqətin fərqindəyəm. Hər şeydən əvvəl, insanlığa xidmətə sadiq bir insan və insan sağlamlığı müdafiəçisi olaraq, necə hiss etdiyinizi təsəvvür edə bilərəm. Günahsız mülki insanların həyatını itirdiyi, yaralı uşaqların səhiyyə xidmətlərinə müraciət edə bilmədiyi Qəzza üçün edə biləcəklərinizin indiyədək etdiklərinizdən qat-qat artıq olacağına ürəkdən inanıram. 

 

Türkiyə Qəzzada müharibə qurbanları, xüsusilə də xəstə uşaqlar üçün lazım olan səhiyyə xidmətləri çatdırmağa, yaralıların müalicəsi üçün lazımi işləri görməyə hazırdır. Bəs "Əskik olan nədir?", bu, onlarən həyatını xilas etmək lazımi şəraitin yaradılmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının şüarlarından biri “hamıya sağlamlıq”, digəri isə “heç kəsi geridə qoymamaq”dır. Bir insan və ata kimi sizi bu iki şüarın həqiqət olduğunu bir daha təsdiqləməyə çağırıram".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır