Teymur Musayev ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində bir sıra görüşlər keçirib
26.10.2023 16:41

Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev ÜST-nin Avropa Regional direktoru Hans Henri Klüqe, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat və UNAİDS-in Asiya-Sakit Okean, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Dəstək Qruplarının Direktoru İmonn Merfi ilə ikitərəfli görüşlər keçirib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Səmimi mühitdə keçən görüşlərdə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı və onun Avropa Regional Komitəsi ilə qarşılıqlı fəaliyyətinin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan Respublikası Prezidentinin ÜST-lə əməkdaşlığa böyük önəm verdiyi, COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatı çərçivəsində xüsusi sessiyanın çağırılması ÜST və onun Avropa Regional Komitəsi tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.


Həmçinin səhiyyənin rəqəmsallaşdırılması, insan kapitalı və infrastruktur sahələrində ölkəmizin ÜST-lə daha sıx əməkdaşlığa maraqlı olduğu bildirilib. COVID-19-19la mübarizədə Azərbaycanın beynəlxalq müstəvidə göstərdiyi yardım və irəli sürdüyü təşəbbüslər də qeyd edilib.

 

Görüşlərdə səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf imkanları, əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Səhiyyədə idarəçiliyin müasir konsepsiyalara uyğun formalaşdırılması, yerli və xarici tərəfdaşlarla əməkdaşlığda Ümumdünya Səhiyyə Təşkilatı, onun Avropa Regional Komitəsinin dəstəyi yüksək qiymətləndirilib.


ÜST-ə üzv ölkələr və beynəlxalq təşkilatlarla səhiyyə sisteminin müasir çağırışlar əsasında qurulması, mütərəqqi idarəetmə prinsipləri, texnoloji nailiyyətlərin tətbiqi, tibb təhsilinin inkişafı, xəstəliklərin diaqnostikası, QİÇS-lə mübarizədə təcrübə mübadiləsi, habelə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi də vurğulanıb. Qeyd edilib ki, ÜST-nin Avropa Regional Komitəsi ilə qarşılıqlı əməkdaşlıq region ölkələrində əhalinin sağlamlığının qorunması, gələcəkdə baş verə bilən pandemiyalara hazırlıq və digər bu kimi sahələrdə tədbirlərin həyata keçirilməsi və mövcud potensialların səfərbər olmasına geniş imkanlar yaradıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır