Mərkəzi Gömrük Hospitalında 69 yaşlı pasiyent üzərində EVAR əməliyyatı icra olunub
26.10.2023 10:23

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinə daxil olan 69 yaşlı pasiyent üzərində EVAR əməliyyatı icra olunub.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, pasiyent Gülağa Ağayev qarın aorta damarında ciddi anevrizma və tromb aşkarlandığı üçün Mərkəzi Gömrük Hospitalının kardioloqlarına müraciət edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov və Hospitalın Kardiologiya şöbəsinin rəisi, yandal uzman, invaziv kardioloq  İlqar Tahiroğlu müayinələrə əsasən konsiliumda EVAR əməliyyatının icra edilməsinə qərar veriblər.

 

Əməliyyat Mərkəzi Gömrük Hospitalının kardioloq və kardiocərrah ürək komandası tərəfindən uğurla icra edilib. Pasiyentin ayaq damarından girilərək xəstənin genişlənən Aorta damarına greft stent  uğurla yerləşdirilib.

 

Xatırladaq ki, EVAR əməliyyatı qapali yolla ayaq damarından girilərək aorta damarının anevrizma və ya yırtılmış hissəsinə özəl greft stent taxılmasıdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır