Baş-boyun onkologiyası üzrə dünyaca məşhur mütəxəssis Jatin Şah Milli Onkologiya Mərkəzində olub
26.10.2023 14:35

Baş-boyun onkologiyası üzrə dünyaca məşhur mütəxəssis, professor Jatin Şah Milli Onkologiya Mərkəzində (MOM) olub.

 

MOM-dan Aztibb.az-a verilən məlumata görə, əvvəlcə o, Mərkəzin baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb.

 

Mərkəz haqqında qonağa məlumat verən akademik Cəmil Əliyev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə Milli Onkologiya Mərkəzində ən müasir avadanlıqlarla təchiz olunmuş yeni korpuslar tikilib. Təməli 2006-cı ildə qoyulan cərrahiyyə korpusunun 2009-cu ildə açılış mərasimində dövlət başçısı da iştirak edib.

 

Akademik Cəmil Əliyev diqqətə çatdırıb ki, 2012-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Onkologiyası Klinikası fəaliyyətə başlayıb.

 

Daha sonra professor J.Şah Mərkəzin Baş-boyun cərrahiyyəsi şöbəsi və digər şöbələrini gəzib, Mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, həkim və rezidentlərlə görüşüb.

 

Qeyd edək ki, J.Şah1986-cı ildə yaradılmış Beynəlxalq Baş-Boyun Onkologiyası Cəmiyyətləri Federasiyasının təsisçisidir. O, hazırda ABŞ-ın Cornell Universitetinin Weil Tibb Kollecinin cərrahiyyə üzrə professoru, Baş-boyun xidmətinin rəisi, Baş-boyun xəstəlikləri üzrə İdarəetmə  qrupunun rəhbəridir. Həmçinin prof. J.Şah Memorial Sloan Kettering Xərçəng Mərkəzində Baş-boyun onkologiyası şöbəsinin müdiridir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır