Layella sindromlu xəstə sağalma ilə evə yazılıb - Binəqədi Tibb Mərkəzi  
25.10.2023 15:09
22.09.2023-cü il tarixində Binəqədi Tibb Mərkəzinə təcili tibbi yardım vasitəsi ilə gətirilən Ə.Xalidədə yüksək hərarət, dodaqda şişkinlik, yaralar, ağız içi yaralar, boğazda qızarıqlıq, yuxarı və aşağı ətraflarda səpgilər və bəzi nahiyyələrdə epitel ayrılmalar müşahidə edilirdi.
 
Binəqədi Tibb Mərkəzindən Aztibb.az-a bildirilib ki, bütün bədən səthinin 80 faizdən çox hissəni əhatə edən yaralar, hipoalbunemiya, total proteində azalma, yüksək hərarət, sepsis və DDL sindromu xəstəliyin gedişi boyunca müşahidə edilib. Pasiyentə çox nadir rast gəlinən Toksik Epidermal Nekroliz (Layella sindromu) diaqnozu qoyulub.
 
Dərhal İntensiv terapiya və reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə Binəqədi Tibb Mərkəzinin rəhbərliyi tərəfindən mütəxəssis həkimlərin birgə baxışı təşkil edilib.
 
Mərkəzin həkim-allerqoloqu Nicat Əfəndizadənin müşahidəsi altında uzun müddətli göstərilən tibbi yardım nəticəsində xəstə 23.10.2023-cü il tarixində sağalma ilə evə yazılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb