Mərkəzi Gömrük Hospitalında TAVİ əməliyyatı icbari tibbi sığorta çərçivəsində həyata keçirilir
25.10.2023 09:04

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində 2023-cü ilin sentyabr ayından etibarən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində TAVİ əməliyyatı icra olunur.

 

Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu Aztibb.az-a bildirib ki, TAVİ əməliyyatı ilə aorta qapağı darlığını aradan qaldıraraq xəstənin həyatını xilas etmək mümkündür.

 

Onun sözlərinə görə, aorta qapağı ürəkdən çıxan ana damarın ağzındaolan qapaqdır. Yaş artdıqca buqapaqda kirəcləşmə yaranır və qapaq açılışı məhdudlaşır. Həmçinin aorta qapağının açılıb-bağlanma qabiliyyəti pozulur ki, bu zaman ürək, qanı orqanlara göndərə bilmir və ürək çatışmazlığı yaranır. Belə ki, vaxtında müdaxilə edilməzsə, bu insanların çoxu həyatını itirir.

 

"Əvvəllər aorta qapaq  darlığı  müalicəsində sadəcə açıq ürək əməliyyatı ilə qapaq dəyişdirilməsi  mümkün idisə,  son illərdə qapalı yolla, döş qəfəsi açılmadan, ümumi anesteziya verilmədən  aorta qapağının dəyişdirilməsi mümkün olmuşdur. Bu prosedur TAVİ - Transkateter aort qapaq implantasiyası adlanır", - deyə İ.Tahiroğlu əlavə edib.

 

Qeyd edək ki, TAVİ əvvəllər ilk növbədə, açıq ürək əməliyyatı  şansı olmayan xəstələrdə tətbiq edilirdi. Lakin sonrakı illərdə yüksək, orta riskli xəstələrdə, daha sonralar isə aşağı riskli xəstələrdə belə tətbiq olunmağa başlanmışdır. TAVİ əməliyyatı təxminən 1 saat çəkir, bu zaman döş qəfəsi açılmadan ümumi anesteziya verilmədən ayaq damarından girilərək kirəclənmişaorta qapağının içinə stentlə əhatə olunmuş bioprotez qapaq yerləşdirilir və adətən xəstələr 24-48 saat sonra evə yola salınır. Son illərin müşahidəsi göstərir ki, yaşlı xəstələrdə ürəyin aorta qapağının darlığına çox sıx rast gəlinir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır