Avropa İttifaqının insan hüquqları üzrə müvəkkili Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olub
24.10.2023 10:30

Azərbaycan Respublikası “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası” əməkdaşlarının müşayəti ilə Avropa İttifaqının insan hüquqları üzrə müvəkkili Dunia Miyatoviçin başçılıq etdiyi nümayəndə heyəti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olub.

 

Bu barədə məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Görüşdə “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın, “MTE və PA Birliyi”nin əməkdaşları, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşları, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın yaxınları iştirak ediblər.

 

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov insan hüquqları üzrə müvəkkilə birlikdə İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağda işğaldan azad edilmiş ərazilərdə 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın itkin düşmüş (qətlə yetirilmiş) soydaşlaımıza məxsus skeletlərin və sümük qalıqlarının xüsusi tibbi qaydalara müvafiq ekshumasiyası, qablaşdırılması, bu maddi sübutların Birliyin kriminalistika şöbələrində və müvafiq laboratoriyalarda məhkəmə-tibbi müayinəsi, istintaq orqanları (hərbi və mülki prokurorluq və s.) tərəfindən çıxarılmış qərarlarda qoyulan sualların cavablandırılması, aşkar edilmiş sümük qalıqlarına əsasən bu şəxslərin məhkəmə-tibbi identifikasiyası (eyniləşdirilməsində), bu sümük qalıqlarının xüsusi şəraitlərə malik depolarda saxlanılması və yaxınlarına təhvil verilməsində məhkəmə-tibbi ekspertizanın rolu və əhəmiyyəti barədə ətraflı məlumat verib.

 

İnsan hüquqları üzrə müvəkkil Dunia Miyatoviç və nümayəndə heyətinin digər üzvləri tərəfindən Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın yaxınları qəbul edilib, söhbətlər aparılıb.

 

Professor Ədalət Həsənov müvəkkil Dunia Miyatoviç və digər qonaqlara Birliyin Məhkəmə-tibbi Kriminalistika şöbəsi və şöbənin laboratoriyalarında aparılan işlər, Birinci Qarabağ müharibəsindən itkin düşmüş şəxslərin sümük qalıqlarının ekspertizası barədə məlumat verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır