TƏBİB-də Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndələri ilə görüş keçirilib
21.10.2023 09:14
TƏBİB-də Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
 
Aztibb.az bu barədə TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Ramin Ağayev, Strateji təhlil və inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, KOTRA-nın Azərbaycan üzrə baş direktoru cənab Kyekvon Co, böyük mütəxəssis Vüsalə Axundova və digər əməkdaşlar iştirak ediblər.
 
İcraçı direktorun müavini Araz Nəsirov qonaqlara TƏBİB-in fəaliyyəti barədə, eyni zamanda, tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması istiqamətində son illər görülən işlər barədə ətraflı məlumat verib. Bununla yanaşı, görüş zamanı TƏBİB-in Koreya ilə əməkdaşlıqda maraqlı olduğu tibbi sahələr xüsusi vurğulanıb.
 
KOTRA-nın Azərbaycan üzrə baş direktoru cənab Kyekvon Co ölkələrimiz arasında dostluq əlaqələrindən və son illər müxtəlif sahələrdə artan ticari əlaqələrdən bəhs etmişdir. Həmçinin, cənab Kyekvon Co səhiyyənin müxtəlif sahələrində kadr potensialının artırılması məqsədilə təlimlərin təşkilində və Koreya ilə təcrübə mübadiləsinin aparılmasında dəstək olmağa hazır olduqlarını diqqətə çatdırıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır